Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Prezident İlham Əliyev Hanoyda "İnqilab şəhidləri" abidəsini və Ho Şi Minin məqbərəsini ziyarət edib

Prezident İlham Əliyev Hanoyda "İnqilab şəhidləri" abidəsini və Ho Şi Minin məqbərəsini ziyarət edib


Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 20-də Vyetnamın paytaxtı Hanoy şəhərində "İnqilab şəhidləri" abidəsini ziyarət edib.

Newscenter.az xəbər verir ki, abidənin qarşısında fəxri qarovul dəstəsi düzülmüşdü.

Dövlətimizin başçısı abidənin önünə əklil qoyub.

XXX

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 20-də Hanoyda Vyetnam Sosialist Respublikasının qurucusu Ho Şi Minin məqbərəsini ziyarət edib.

Məqbərənin qarşısında fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyev Ho Şi Minin xatirəsinə ehtiramını bildirib, məqbərənin önünə əklil qoyub.
Xəbəri paylaş