
13 noyabr 2026-cı il tarixində Azərbaycan Respublikası Mediasiya Şurası və AR Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının birgə təşkilatçılığı ilə mediatorlar üçün “Uşaq hüquqlarının müdafiəsi” mövzusunda distant təlim keçirilib.
Newscenter.az xəbər verir ki, Zoom platforması üzərindən təşkil olunan bir saatlıq təlimdə Ədliyyə Akademiyasının Cinayət prosesi, kriminalistika və məhkəmə ekspertizası kafedrasının müdiri, hüquq elmləri doktoru, dosent, baş ədliyyə müşaviri Mətanət Əsgərova təlimçi qismində çıxış edib.
Təlim çərçivəsində uşaq hüquqlarının müdafiəsinin hüquqi əsasları, bu sahədə qanunvericiliyin tələbləri və mediatorların peşə fəaliyyətində nəzərə almalı olduqları mühüm məqamların diqqətə çatdırılması hədəflənib.
Tədbirin keçirilməsində əsas məqsəd mediatorların uşaq hüquqlarının müdafiəsi sahəsində bilik və bacarıqlarının artırılması, eləcə də mediasiya prosesində uşaqların hüquq və qanuni mənafelərinin qorunmasına dair peşəkar yanaşmanın gücləndirilməsidir.
Mediasiya Şurası mediatorların peşəkar inkişafının dəstəklənməsi və onların biliklərinin mütəmadi olaraq təkmilləşdirilməsi istiqamətində maarifləndirici təlimlərin təşkilini davam etdirir.
Süleyman












































