Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb

Tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb


Daxili İşlər Nazirliyi (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə (KMBİ) müxtəlif ali təhsil müəssisələrində təhsil alan tələbələrin foto və video görüntülərinin montaj edilərək sosial şəbəkələrdə yayılması, həmin görüntülərin silinməsi müqabilində onlardan pul tələb edən şəxsi saxlayıb.

Bu barədə Newscenter.az-a DİN-dən məlumat verilib.

Qeyd olunub ki, keçirilən əməliyyat-texniki tədbirlərlə bu əməlləri törədən 25 yaşlı İlkin Nəhmədov saxlanılıb.

Araşdırmalarla müəyyən edilib ki, həmin şəxs "TikTok" və "Instagram" sosial şəbəkələrindən tələbələrə məxsus foto və video görüntüləri əldə edərək süni intellekt proqramları vasitəsilə montaj edib. O, görüntülərə təhqiramiz və rüsvayedici ifadələr əlavə edərək yaratdığı saxta sosial şəbəkə hesablarında yayıb. Daha sonra həmin materialların silinməsi üçün tələbələrdən pul tələb edib.

Faktla bağlı KMBİ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Anar
Xəbəri paylaş