Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Avropa Ukrayna danışıqları prosesində tələyə düşüb

Avropa Ukrayna danışıqları prosesində tələyə düşüb



Avropa Ukrayna danışıqları prosesində tələyə düşüb.

Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Estoniyanın Baş naziri Kristen Mixal deyib. Onun sözlərinə görə, Ukraynadakı münaqişənin həlli üçün danışıqlar masasında yer almaq üçün təhlükəsizlik arxitekturasını müzakirə etmək məcburiyyətində qalıb.

Adı açıqlanmayan üç Avropa rəsmisi də Britaniyanın "Financial Times" qəzetinə verdiyi açıqlamada bildirib ki, Avropa paytaxtlarında beş ildir inkar etdikləri daha geniş müdafiə və təhlükəsizlik məsələlərini müzakirə etmək üçün razılığın Ukrayna danışıqlarında yer almaq üçün qiymətə çevriləcəyi ilə bağlı narahatlıqlar artır.

Daha əvvəl Avropa Diplomatiyasının rəhbəri Kaja Kallas Aİ-nin artıq təhlükəsizlik arxitekturasına malik olduğunu bildirmişdi. O, Brüsselin bu məsələni müzakirə etməkdə maraqlı olmadığını və Avropada təhlükəsizlik arxitekturası ilə bağlı müzakirələrin Ukraynadakı atəşkəsdən yayındırdığına inandığını açıq şəkildə bildirmişdi.

Anar
Xəbəri paylaş