Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan və Keniya QHT-ləri arasında əməkdaşlıq dərinləşir

Azərbaycan və Keniya QHT-ləri arasında əməkdaşlıq dərinləşir


2026-cı il noyabrın 4-6-da Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Nədimə Rəhimli Keniya Respublikasının Nayrobi şəhərində səfərdə olub.

Newscenter.az xəbər verir ki, səfər çərçivəsində Nədimə Rəhimli Zəfər Günü münasibətilə Azərbaycan Respublikasının Keniyadakı Səfirliyinin təşkilatçılığı, Keniya Xüsusi Təlim-Tədris İnstitutunun (KXTTİ) və Keniya Prezidentinin qızı Şarlin Rutonun rəhbərlik etdiyi “Beynəlxalq Gənclər Şəbəkəsi” İctimai Birliyinin dəstəyi ilə keçirilən tədbirdə iştirak edib.

Tədbir çərçivəsində Keniya Gənclərinin Liderliyi və İnnovasiya Mərkəzində təşkil olunan panel müzakirəsində Nədimə Rəhimli “Münaqişədən əməkdaşlığa: Azərbaycanın dayanıqlı sülh prosesində mövqeyi” mövzusunda çıxış edib. O, çıxışında Azərbaycanın sülhün möhkəmləndirilməsi və regional əməkdaşlığın genişləndirilməsi istiqamətində təşəbbüslərinə toxunub. N.Rəhimli Azərbaycan-Keniya QHT-ləri arasında əməkdaşlığın gücləndiyini bildirib.

Süleyman
Xəbəri paylaş