
İngiltərə Kralı III Çarlz, Türkiyənin Antalyada keçirilən Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 31-ci Tərəflər Konfransında (COP31) beynəlxalq ictimaiyyəti bir araya gətirdiyinə görə Prezident Rəcəb Tayyib Ərdoğana, hökumətinə və türk xalqına təşəkkür edib.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, Antalyada keçirilən COP31 Liderlər Zirvəsində iştirak edən nümayəndələrə göndərdiyi mesajda Kral Çarlz beynəlxalq əməkdaşlığın və iqlim dəyişikliyi ilə mübarizədə konkret addımların vacibliyini vurğulayıb.
Zirvə görüşünün iştirakçılarına ən səmimi arzularını və dəstəyini bildirən Kral Çarlz, "Beynəlxalq ictimaiyyəti belə vacib bir vaxtda bir araya gətirdiyinə görə Prezident Ərdoğana, hökumətinə və türk xalqına, eləcə də danışıqların sədri kimi roluna görə Avstraliya hökumətinə son dərəcə minnətdaram",-deyə vurğulayıb.
Dünya ölkələrinin həddindən artıq istilərə, daşqınlara, quraqlığa, meşə yanğınlarına və fırtınalara məruz qaldığını qeyd edən İngiltərə Kralı Çarlz, son hadisələrin iqlim dəyişikliyinin uzaq bir təhlükə deyil, indiki və artan bir reallıq olduğunu göstərdiyini bildirib.
Anar











































