Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır


“Cənubi Qafqaz hazırda ABŞ üçün mühüm coğrafiyalardan biri hesab olunur. Bura Rusiya ilə geosiyasi rəqabət və İranın regional təsirinin məhdudlaşdırılması, Mərkəzi Asiya ilə Avropanı birləşdirən enerji, nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsi baxımından çox vacib hesab edilir. Məlumat üçün qeyd edim ki, ABŞ-da keçirilən aralıq seçkiləri prezidentin səlahiyyətlərini avtomatik dəyişmir. Lakin Konqresdə Nümayəndələr Palatası və Senat üzərində nəzarətin dəyişməsi administrasiyanın xarici siyasətə ayrılan vəsaitə, sanksiyalara, hərbi yardıma və diplomatik təşəbbüslərə ciddi təsirini göstərə bilər. Bu səbəbdən Azərbaycan üçün əsas məsələ təkcə hansı partiyanın üstünlük qazanması deyil, yeni Konqresin Cənubi Qafqaza hansı siyasi yanaşmanı seçməsidir”.

Bunları Newscenter.az-a siyasi ekspert Çingiz Şahbazi ABŞ-da keçirilən seçkilərin nəticələrini dəyərləndirərkən səsləndirib. O bildirib ki, Demokrat partiyası həm Senatda, həm də Nümayəndələr Palatasında çoxluğu əldə edib:

”Beləliklə prezident Trampın qarşısında növbəti iki il üçün fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır. İlk öncə bunun təsiri ondan ibarətdir ki, Tramp administrasiyasının büdcə və xarici yardım təşəbbüslərinə nəzarəti gücləndiriləcək. Dövlət katibi, səfir və digər yüksək vəzifələrə namizədlərin təsdiqi hökumət üçün çətinləşəcək. Konqres komitələri hökumətin İran, Rusiya, Ukrayna və digər ölkələrlə bağlı siyasətini ciddi araşdıracaq. Həmçinin Demokratlar maliyyələşdirilmə mexanizmindən istifadə etməklə Trampın İran müharibəsi və xarici siyasət qərarlarına təsir imkanları əldə ediblər”.

Süleyman
Xəbəri paylaş