
Rusiya Fövqəladə Hallar Nazirliyi Azərbaycana humanitar mina təmizləmə işində kömək etməyə hazırdır.
Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Rusiya Fövqəladə Hallar Nazirliyinin naziri Aleksandr Kurenkov Bakıda Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərovla görüşündə bildirib.
Kurenkov deyib ki, geniş çeşidli ixtisaslaşmış əməkdaşlıq məsələləri arasında humanitar mina təmizləməyə xüsusi diqqət yetirməyə davam edəcəyik:
"Rusiya Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Azərbaycan tərəfinin təşkil etdiyi bu mövzuda konfranslarda müntəzəm olaraq iştirak edirlər. Bu baxımdan, Rusiya Fövqəladə Hallar Nazirliyinin bu sahədə əməkdaşlığı davam etdirməyə və müvafiq sorğular daxil olacağı təqdirdə Azərbaycan mütəxəssislərinə humanitar mina təmizləmə sahəsində lazımi yardım göstərməyə hazır olduğunu təsdiqləyirəm".
O qeyd edib ki, iki ölkənin qurumları arasında əməkdaşlıq dostluq, mehriban qonşuluq və maraqlara qarşılıqlı hörmət prinsipləri üzərində qurulub:
"Birgə işlədiyimiz illər ərzində biz bu prinsiplərə sadiq olduğumuzu, Rusiya və Azərbaycanın xilasetmə xidmətlərinin potensialının inkişaf etdirilməsinə diqqət yetirdiyimizi dəfələrlə sübut etmişik".
Süleyman











































