Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Çexiya mediasının 85 faizi etiraz tətili edir

Çexiya mediasının 85 faizi etiraz tətili edir


Çexiya Televiziyası və Radiosunun təxminən 4280 işçisindən 3633-ü maliyyələşdirmədəki dəyişikliklərə qarşı tətildə iştirak edir.

Newscenter.az xəəbər verir ki, bu barədə Praqanın Vatslav Meydanında keçirilən mitinqin koordinatoru Daniel Stax bildirib.

"Çexiya Radiosunun ümumilikdə 1376 tam ştatlı və yarımştatlı işçisi və Çexiya Televiziyasının 2257 tam ştatlı və yarımştatlı işçisi bugünkü tətilə qoşulub. İctimai televiziyada təxminən 2900 jurnalist və texniki mütəxəssis, Çexiya Radiosunda isə təxminən 1380 jurnalist çalışır",-deyə o, bildirib.

Qeyd edək ki, Çexiya Radiosu və Çexiya Televiziyasına dəstək məqsədilə Praqa, Brno (cənub-şərqi Çexiya), Ostrava (şimal-şərqi Çexiya), Çeşké Budeyovice (cənubi Bohemiya) və ölkənin digər böyük şəhərlərində mitinqlər və nümayişlər keçirilib. Çexiya mediasının məlumatına görə, Praqa və Brnoda keçirilən etirazların hər birində təxminən 10.000 nəfər iştirak edib. Hakimiyyət orqanlarının ictimai televiziya və radio üçün maliyyələşdirmənin nəzərdən keçirilməsindən imtina etməsini tələb edən daha bir etiraz 15 noyabrda Praqada keçiriləcək.

Anar
Xəbəri paylaş