
"Son vaxtlar bəzi xarici dairələr tərəfindən Azərbaycan dövləti və onun rəhbərinə qarşı aparılan çirkin kampaniya təəssüf doğurur. Müxtəlif sosial şəbəkə hedsabları və media resursları tərəfindən aparılan bu kampaniyanın məqsədi Azərbaycanın və onun rəhbərinin imicinə zərbə vurmaqdır".
Newscenter.az xəbər verir ki, bunları Milli Məclisin deputatı Hicran Hüseynova deyib. O bildirib ki, antiAzərbaycan qüvvələrin çirkin niyyətləri baş tutmayacaq:
"Azərbaycan indiyə qədər bu cür kampaniyalarla çox rastlaşıb və xalq-prezident birliyi bu çirkin kampaniyaların qarşısını alıb. Bu dəfə də həmin qüvvələrin çirkin oyunları baş tutmayacaq".
Süleyman











































