
Son bir həftə ərzində Rusiyada 555 mindən çox kəskin respirator virus infeksiyası, qrip və COVID-19 halı qeydə alınıb.
Newscenter.az xəbər verir ki, bu barədə "Rospotrebnadzor" məlumat yayıb. Qurumun mətbuat xidməti bildirir ki, hazırda Rusiya Federasiyasında tənəffüs yolları infeksiyalarının yayılması ümumilikdə mövsümi səviyyələrlə uyğundur.
"2026-cı ilin cari dövrü ərzində Rusiya Federasiyasında 555.000-dən çox kəskin respirator virus infeksiyası, qrip və COVID-19 hadisəsi qeydə alınıb. Bundan əlavə, qrip hallarının sayı hər həftə artır",-deyə "Rospotrebnadzor" bildirib.
Süleyman












































