Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ABŞ-İran danışıqlarında irəliləyiş var: Vens

ABŞ-İran danışıqlarında irəliləyiş var: Vens


ABŞ və İran arasında münaqişənin sona çatması ilə bağlı məsləhətləşmələrdə müəyyən irəliləyiş əldə edilib.

Newscenter.az TASS-a istinadən bildirir ki, bunu ABŞ-ın vitse-prezidenti J.D. Vens deyib. O bildirib ki, İran tərəfi ilə bir sıra məsləhətləşmələr aparılıb və proses normal keçib:

"Mən bunu təxminən bir saat əvvəl ABŞ prezidenti Donald Tramp ilə müzakirə etdim. Əlbəttə ki, müəyyən irəliləyişlər əldə etmişik. Daha çox şeyə nail ola biləcəyimizi görəcəyik. Həm prezident, həm də mən danışıqlar yolu ilə həll perspektivlərinə olduqca nikbin yanaşırıq. Biz bunun üzərində işləməyə davam edəcəyik".

Donald Tramp ötən gün bildirib ki, 3 noyabrda keçiriləcək aralıq konqres seçkilərindən dərhal sonra İrana qarşı hərbi əməliyyatları bərpa etmək niyyətində deyil. O, İran və ABŞ-ın münaqişəyə son qoymaq üçün razılığa gələ biləcəklərinə əminliyini ifadə edib.

Anar
Xəbəri paylaş