Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Çexiya Rusiya xokkeyçilərinə viza verməkdən imtina edəcək

Çexiya Rusiya xokkeyçilərinə viza verməkdən imtina edəcək


Çexiya Rusiya idmançılarına gənclər arasında keçiriləcək Dünya Xokkey Çempionatında iştirak üçün viza verməyə bilər.

Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Rusiya Xokkey Federasiyası məlumat yayıb.

Agentlik qeyd edir ki, 30 oktyabrda İdman Arbitraj Məhkəməsi (CAS) Beynəlxalq Xokkey Federasiyasına (IIHF) Rusiya komandalarının beynəlxalq yarışlarda iştirak etməsinə icazə verməyi tövsiyə edib. Lakin Almaniya, Çexiya, İsveç və Norveç xokkey federasiyaları məhkəmənin hökmündən məyus olduqlarını bildirən bəyanatlar yayıblar. IIHF Şurasının üzvü Anders Larsson isə Rusiya komandasını turnirdə Ukrayna komandasının əvəz edə biləcəyini deyib.

Qeyd edək ki, IIHF-in Rusiya komandalarının beynəlxalq yarışlardan kənarlaşdırılması qərarı 2022-ci ildən qüvvədədir. İyul ayında federasiya iştirakçıların təhlükəsizlik problemlərini əsas gətirərək qadağanı 2026/27 mövsümünə qədər uzatdı. IIHF-in himayəsi altında növbəti beynəlxalq turnir 26 dekabr 2026-cı ildən 5 yanvar 2027-ci ilə qədər Kanadada keçiriləcək Dünya Gənclər Xokkey Çempionatı olacaq.

Natiq
Xəbəri paylaş