Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Yevlax rayon Aşağı Qarxun kənd uşaq musiqi məktəbinin kollektivi şəhid Ceyhun Əyyubovun ailəsini ziyarət edib

Yevlax rayon Aşağı Qarxun kənd uşaq musiqi məktəbinin kollektivi şəhid Ceyhun Əyyubovun ailəsini ziyarət edib


8 Noyab Zəfər Günü ərəfəsində Yevlax rayon Aşağı Qarxun kənd uşaq musiqi məktəbinin müəllimləri Murovdağın fatihi, Şəhid Baş leytenant Ceyhun Əyyubovun ailəsini ziyarət edib.

Bu barədə məlumatı Newscenter.az-a Yevlax rayon Aşağı Qarxun kənd uşaq musiqi məktəbinin direktoru Zülfiyyə Bayramlı verib.

Zülfiyyə Bayramlı qeyd edib ki, bizlərə Zəfər qürurunu yaşadan, canı və qanı bahasna adını qəhrəmanlıq tariximizə qızıl hərflərlə yazan igid hərbçimiz, Həmlə bölüyünün komandiri baş leytenant Ceyhun Əyyubovu məktəbin müəllim killektivi dərin hörmət və ehtiramla yad edib, şəhid baş leytenantın ailəsi ilə Ceyhun Əyyubovun keçdiyi döyüş yoluna nəzər salıblar.

Məlumat üçün bildirək ki, Ceyhun Əyyubov 16 avqust 1992-ci ildə Yevlax şəhərində anadan olub. Yevlax şəhər 4 nömrəli tam orta məktəbi bitirib. O, 2007-2010-cu illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə, 2010-2014-cü illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində motoatıcı ixtisası üzrə ali hərbi təhsil alıb.

Azərbaycan Silahlı Qüvvələrinin zabiti kimi Daşkəsən və Tovuz istiqamətlərindəki "N" saylı hərbi hissələrdə şərəflə xidmət edib. 2020-ci il sentyabrın 27-də 44 günlük Vətən müharibəsi başlayan ilk saatlardan etibarən Ceyhun Əyyubov tabeçiliyindəki bölüklə birlikdə Murovdağ istiqamətində düşmən mövqelərinin darmadağın edilməsində misilsiz şücaət göstərib. Müharibənin elə ilk günü — 27 sentyabrda teleqraf və strateji əhəmiyyətli döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə baş leytenant Ceyhun Əyyubov göstərdiyi rəşadətə görə ölümündən sonra yüksək dövlət mükafatlarına layiq görülüb:

Yevlax şəhərində onun xatirəsini yaşatmaq üçün doğulub boya-başa çatdığı küçəyə şəhidimizin adı verilmiş və ev muzeyi yaradılmışdır.

Süleyman
Xəbəri paylaş