Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya və Çin yeni ittifaq yaradır

Rusiya və Çin yeni ittifaq yaradır



Süni intellekt (Sİ) sahəsində Rusiya-Çin ittifaqının yaradılması üçün Rusiya-Çin universiteti platforma ola bilər.

Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə universitetin rektoru Denq Fan bildirib.

Qeyd edək ki, Rusiya-Çin Universiteti Lomonosov adına Moskva Dövlət Universiteti, Pekin Texnologiya İnstitutu və Şençjen Xalq Hökumətinin layihəsidir. Bu, Çin və Rusiya tərəfindən yaradılan ilk birgə ali təhsil ocağıdır. İki ölkənin təhsil nazirlikləri arasında anlaşma memorandumu 2014-cü ilin may ayında Rusiya Prezidenti Vladimir Putinin Çinə rəsmi səfəri zamanı imzalanıb.

Rusiya-Çin universitetinin təsisçilərindən biri kimi Pekin Texnologiya İnstitutu tərəfindən hazırlanmış bu və bir sıra digər təşəbbüslərin əsas məqsədi universitetin yeni mərhələdə yüksək keyfiyyətli inkişafa nail olmasını təmin etməkdir.

Anar
Xəbəri paylaş