
Ukrayna açıq şəkildə hansısa formada Rusiya ilə anlaşmaya getməyə, ən azı indiki halda atəşkəs barədə razılıq əldə olunmasına təhrik edilir. Hələlik Kiyevin Vaşinqtonun tələblərinə razılıq vermədiyi görünsə də, lakin Ukraynanın sonsuza qədər ABŞ-yə dirəniş göstərəcəyi də az ehtimal olunur. Ekspertlər hesab edirlər ki, Kiyev təhlükəsizlik zəmanəti çərçivəsində Birləşmiş Ştatların təkliflərini qəbul edə bilər.
Newscenter.az-ın xəbərinə görə, məsələ ilə bağlı fikirlərini bildirən siyasi ekspert Çingiz Şahbazi deyib ki, burda əsas məsələ Ukraynanın atəşkəşdən sonra özünü necə qorumasıdır:
"Bu baxımdan, ABŞ-dən müdafiəsi üçün hərbi yardımın gələcəyi ilə bağlı qeyri-müəyyənlik, Ukraynanın danışıqlardakı mövqeyinə də təsir edir. Bu baxımdan Aİ-nin də özünün təhlükəsizlik maraqları var və bu səbəbdən də ABŞ-nin hansı qərar qəbul edəcəyini gözləmək fikirində deyillər".
Ekspert qeyd edib ki, Avropanın Rusiyanın gələcək davranışları ilə bağlı narahatlıqları açıq görünməkdədir:
"Bu səbəbdən də Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxan deyil".
Süleyman











































