
Bakıda Türkiyə Cümhuriyyətinin yaranmasının 103-cü ildönümünə həsr olunan “Çanaqqaladan Bakıya – Ortaq Mədəniyyət” sərgi və konsert proqramı təşkil edilib.
Newscenter.az xəbər verir ki, Bakı Yunus Əmrə İnstitutu, Ezine Kaymakamlığı, Ezine Bələdiyyəsi, Geyikli Bələdiyyəsi, Ezine Xalq Təhsili Mərkəzi və Çanaqqala Onsekiz Mart Universitetinin birgə əməkdaşlığı ilə təşkil edilən edilən tədbir Bakı Musiqi Akademiyasının Opera Studiyasında baş tutub. Tədbirdə Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Coşkun Yılmaz, Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün, qardaş ölkənin bir neçə bələdiyyəsinin səalhiyyətli şəxsləri və sənətsevərlər iştirak edib.

Əvvəlcə qonaqlar tədbir keçirilən məkanda Azərbaycan və Türkiyə qardaşlığı, Türkiyə Cümhuriyyətinin keçdiyi şanlı və şərəfli tarixi özündə canlandıran sərgi ilə tanış olublar. Daha sonra tədbirin rəsmi hissəsi keçirilib. Tədbirdə çıxış edən Türkiyənn mədəniyyət və turizm nazirinin müavini Coşkun Yılmaz, Türkiyənin ölkəmizdəki səfiri Birol Akgün, Ezine və Geyikli bələdiyyələrinin rəsmiləri və digər şəxslər Türkiyə-Azərbaycan dostluq və qardaşlığından danışıblar. Çıxışlarda birmənalı olaraq bildirilib ki, Türkiyə və Azərbaycan arasında dostluq və qardaşlıq münasibətləri sarsılmazdır, bu dostluq-qardaşlıq sonsuza qədər davam edəcək. Çıxışlarda o da qeyd edilib ki, Qazi Mustafa Atatürkün "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir", Ulu Öndər Heydır Əliyevin isə "Bir millət, iki dövlət" müdrik kəlamları ilə möhkəmlənən, dərinləşən Türkiyə-Azərbaycan əlaqələri bu gün prezidentlər Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin rəhbərliyi altında uğurla irəliləyir, qarşıya qoyulan hədəflərə doğru irəliləyir.

Bu cür mədəni-kütləvi tədbirlərin Türkiyə ilə Azərbaycan arasında dərin köklərə malik dostluq və qardaşlığın incəsənət vasitəsilə möhkəmləndirilməsinə töhfə verdiyi vurğulanıb.
Qeyd edək ki, Türkiyə və Azərbaycandan hər birindən 8 rəssamın əsərlərini bir araya gətirən sərgi, iki ölkənin ortaq tarixi və mədəni irsindən ilhamlanan əsərləri sənətsevərlərə təqdim edib.
Mədəni-kütləvi tədbirin təşkilatçı və tərəfdaşları Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Bakı Yunus Emre Enstitüsü, Ezine Kaymakamlığı, Çanaqqala On Səkkiz Mart Universiteti, Ezine Bələdiyyəsi, Geyikli Bələdiyyəsi, Ezine Xalq Təhsili Mərkəzinin Müdirliyi, Bakı şəhəri 238 nömrəli tam orta məktəb, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası, Şamaxı Yaradıcılıq Mərkəzi və Azərbaycan Dövlət Uşaq Filarmoniyası olub.
Süleyman












































