Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan və Özbəkistan arasında münasibətlər dinamik şəkildə inkişaf edir

Azərbaycan və Özbəkistan arasında münasibətlər dinamik şəkildə inkişaf edir


"Bu gün Azərbaycanla Özbəkistan arasında münasibətlər prezidentlər İlham Əliyev və Şavkat Mirziyoyevin rəhbərliyi altında dinamik şəkildə inkişaf edir. Qədim tarixə, ortaq din, dil və mədəniyyətə malik Azərbaycan və Özbəkistan arasında müxtəlif sahələrdə inkişaf edən əlaqələr xalqlar arasında yaxınlığı daha da artırır".

Newscenter.az xəbər verir ki, bunları Özbəkistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanov deyib. Diplomat qeyd edib ki, həyata keçirilən yüksək səviyyəli qarşılıqlı səfərlər və imzalanan sazişlər dövlətlər arasındakı əlaqələri daha da inkişaf etdirir:

"Tam əminliklə deyə bilərik ki, bu gün Azərbaycan və Özbəkistan arasında yüksək səviyyəli əməkdaşlıq mövcuddur və bu münasibətlər Bakı və Daşkənd arasında yeni perspektivlər açır".

Süleyman
Xəbəri paylaş