
"Növbəti müharibə süni intellektdən istifadə edilərək aparılacaq. Ona görə də Vahid Rusiya güclü siyasi potensiala malik olmalıdır".
Newscenter.az Vedomosti-yə istinadən bildirir ki, bunları Vahid Rusiya Partiyasından Dövlət Dumasının deputatı Aleksandr Sidyakin deyib. O bildirib ki, xarici avtomobillərin komponentləri nəzarət altına alınmalıdır.
Sedyakin əlavə edib ki, süni intellekt qanunu çərçivə xarakteri daşıyır və beş tənzimləyici akt hazırlanır:
"1 dekabr tarixinə qədər hökumət modelin suveren statusuna necə və kim tərəfindən uyğun olacağına və hansı üstünlüklərə sahib olacağına qərar verməlidir".
Deputatın sözlərinə görə, hazırda yalnız Sber və Yandex modelləri suveren statusa malikdir. Lakin rəsmi olaraq heç kimə bu status verilməyib.
Anar











































