Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ukrayna daxili və xarici siyasətdə uğursuzluqlarla üzləşir

Ukrayna daxili və xarici siyasətdə uğursuzluqlarla üzləşir


Ukrayna həm daxili, həm də beynəlxalq səviyyədə uğursuzluqlarla üzləşir.

Newscenter.az xəbər verir ki, bu barədə "El Pais" qəzeti yazıb. Nəşrin qeyd etdiyi kimi, Kiyevə ilk ciddi zərbə Rusiyanın ABŞ-la açıq yaxınlaşması, xüsusən də dizel yanacağı tədarükü ilə bağlı Moskva-Vaşinqton razılaşması olub. Bundan əlavə, Avropa Kiyevə tam hərbi və maliyyə yardımı göstərə və Volodimir Zelenskinin xahişlərini yerinə yetirə bilməyib. Qəzet əlavə edib ki, Aİ-nin Rusiya əleyhinə tədbirləri də nəticə verməyib.

Xatırladaq ki, oktyabrın 9-da Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında telefon danışığı olub. Söhbət zamanı neft məhsullarının tədarükü ilə bağlı digər məsələlər də müzakirə olunub. Rusiya liderinin sözlərinə görə, Moskva Amerika və qlobal bazarlara neft və neft məhsulları tədarük etməyə hazır olduğunu təsdiqləyib.

Anar
Xəbəri paylaş