Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan-Böyük Britaniya iqtisadi əlaqələri müzakirə edilib

Azərbaycan-Böyük Britaniya iqtisadi əlaqələri müzakirə edilib


Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Böyük Britaniyaya işgüzar səfəri çərçivəsində bu ölkənin Baş nazirinin biznes və investisiyalar üzrə xüsusi müşaviri Varun Çandra ilə görüşüb.

Newscenter.az xəbər verir ki, bu barədə nazir Mikayıl Cabbarov özünün sosial şəbəkə hesabında məlumat verib. Nazir qeyd edib ki, görüşdə Azərbaycan–Birləşmiş Krallıq iqtisadi əlaqələrinin strateji tərəfdaşlıq istiqamətində inkişafı, qarşılıqlı investisiyaların təşviqi və qeyrineft-qaz sektorunda əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib:

"Sənaye, enerji, ticarət, maliyyə xidmətləri və investisiya sahələrində birgə təşəbbüslərin perspektivləri, Britaniya şirkətlərinin və institusional investorların Azərbaycandakı layihələrə cəlb olunması imkanları barədə fikir mübadiləsi apardıq. Ölkələrimizin işgüzar dairələri arasında birbaşa əlaqələrin gücləndirilməsinin, yeni investisiya layihələrinin həyata keçirilməsində Britaniyanın təcrübə, texnologiya və maliyyə imkanlarından istifadənin əhəmiyyətini vurğuladıq".

Süleyman
Xəbəri paylaş