
Çexiyada hökumətin ictimai yayımçılar olan Çex Televiziyası və Çex Radiosunun maliyyələşdirmə sistemini dəyişdirmək planlarına qarşı etirazlar keçirilib.
Newscenter.az xəbər verir ki, bu barədə Çex Televiziyası məlumat yayıb.
Etiraz aksiyaları Praqa, Brno, Liberets və Çeske Budejovice şəhərlərində keçirilib. Etirazların ən izdihamlısı paytaxtda baş verib.
Aksiyanı təşkil edən "Demokratiya üçün Bir Milyon An" vətəndaş təşəbbüsünün liderlərinin sözlərinə görə, etirazlarda təxminən 10.000 nəfər iştirak edib. Brnoda şəhərində keçirilən aksiyada isə təxminən 4.000 nəfər iştirakçı olub. Nümayişlərdə hökumət və onun tərkib hissələri olan partiyalar tənqid olunub. İştirakçılar Çexiya, Avropa Birliyi və Ukrayna bayraqları, eləcə də "Dövlət mediasından əl çəkin" yazısı olan bannerlər tutublar.
Parlament müxalifətindəki liberal partiyalar, mədəniyyət xadimləri və yerli Katolik Kilsəsinin liderləri də Çexiya Televiziyası və Radiosunun maliyyələşdirmə sistemindəki dəyişikliklərə qarşı çıxış ediblər. Bu arada, Baş nazir Andrey Babiş müxalifəti cəmiyyətdə gərginliyi alovlandırmağı dayandırmağa çağırıb.
Qeyd edək ki, oktyabrın 24-də Çexiya Parlamentinin Deputatlar Palatası (aşağı palata) dövlət mediasının maliyyələşdirilməsi haqqında qanuna düzəlişləri birinci oxunuşda qəbul edib.
Etiraz təşkilatçıları 15 noyabr 2026-cı il üçün daha genişmiqyaslı etiraz aksiyası elan ediblər. Aksiya Praqanın şəhər mərkəzinə yaxın yerləşən Letňanské Pole rayonunda keçiriləcək. Çexiya Televiziyası və Çexiya Radiosunun əməkdaşları 3 noyabrda bir günlük tətil keçirməyi planlaşdırırlar.
Anar











































