Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Vuçiç: Rusiyaya qarşı sanksiyalar tətbiq ediləcək

Vuçiç: Rusiyaya qarşı sanksiyalar tətbiq ediləcək


Ölkədə keçirilən seçkilərdə qalib gələn Tələbə Siyahısı yaza qədər Rusiyaya qarşı sanksiyalar tətbiq edəcək.

Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Serbiyanın keçmiş prezidenti Aleksandr Vuçiç deyib. O seçkilərin nəticələrini dəyərləndirərkən bildirib ki, bu, bir neçə Avropa ölkəsinin və Donald Trampa qarşı çıxan ABŞ-ın dərin dövlətinin birbaşa dəstəyi ilə həyata keçirilən inqilabın təsdiqi idi:

"Məni ən çox narahat edən odur ki, Rusiyaya qarşı sanksiyalar mart və ya aprel aylarına qədər tətbiq olunacaq. Onlar hər şeyi edəcəklər".

Qeyd edək ki, bundan əvvəl Tələbə Siyahısı Rusiyaya qarşı sanksiyalardan imtina etdiyini bildirmişdi.

Anar
Xəbəri paylaş