
Almaniyada iki gəmi toqquşub.
Newscenter.az xəbər verir ki, bu barədə "Nordsee-Zeitung" qəzeti məlumat verib. Qəzetin məlumatına görə , "Mein Schiff 3" kruiz gəmisi Almaniyanın şimalındakı Bremerhaven limanından yola düşərkən konteyner gəmisi ilə toqquşub.
Nəşrin məlumatına görə, hadisə nəticəsində konteyner gəmisinin gövdəsi zədələnib və nəticədə yaranan yarıq təxminən 10 metrə çatıb. İlkin məlumatlara görə, hadisəyə səbəb kruiz gəmisinin manevr etməsinə mane olan güclü külək olub.
Qəza zamanı xəsarət alanlar barədə məlumat verilməyib. Lakin gəmidəki sərnişinlərin stress vəziyyətində olduğu bildirilir. Hadisənin dəqiq səbəbi və şəraiti araşdırılır.
Anar











































