
Bu gün Azərbaycanın paytaxtı Bakı şəhərində Özbəkistandakı İslam Sivilizasiya Mərkəzinin təqdimat mərasimi keçiriləcək.
Özbəkistandakı İslam Sivilizasiya Mərkəzindən Newscenter.az-a daxil olan xəbərə görə, təqdimat mərasimində Azərbaycan və Özbəkistanın dövlət və diplomatik nümayəndələri, millət vəkilləri, din xadimləri, tanınmış alimlər, tədqiqatçılar və mədəniyyət sahəsi üzrə ekspertlər iştirak edəcək. Təqdimat mərasimi Beynəlxalq Muğam Mərkəzində olacaq.
Məlumat üçün qeyd edək ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü ilə yaradılmış İslam Sivilizasiya Mərkəzi böyük əcdadlarımızın elmi və mənəvi irsinin öyrənilməsinə, İslam sivilizasiyasının dünya elminin və mədəniyyətinin inkişafına verdiyi misilsiz töhfənin nümayiş etidirilməsinə, eləcə də bu zəngin irsin gələcək nəsillərə çatdırılmasına xidmət edən mühüm elmi-mədəniyyət mərkəzidir.
Süleyman











































