
Keçmiş AK Partiya millət vəkili, eyni zamanda tədqiqat və təşviqat şirkətinin təsisçisi Ertan Aydın həbs edilib.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, Ertan Aydın fond araşdırması çərçivəsində cinayət məsuliyyətinə cəlb olunub. Ankarada saxlanılan Ertan Aydın, lazımi prosedurlardan sonra İstanbula gətirilib. Ertan Aydının həbs qərarından verdiyi appelyasiya şikayəti də təmin edilməyib.
Qeyd edək ki, İstanbul Baş Prokurorluğu tərəfindən kapital bazarlarındakı əməliyyatlarla bağlı aparılan fond araşdırması davam edir.

Anar











































