Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Hörmüz boğazından 112 milyard kubmetrdən çox mayeləşdirilmiş təbii qaz keçib

Hörmüz boğazından 112 milyard kubmetrdən çox mayeləşdirilmiş təbii qaz keçib



"Beynəlxalq Enerji Agentliyinin 2025-ci il üçün hesablamalarına görə, Hörmüz boğazından 112 milyard kubmetrdən çox mayeləşdirilmiş təbii qaz keçib. Bu da qlobal ticarətin təxminən beşdə birini təşkil edir".

Newscenter.az Vedomosti-yə istinadən istinadən bildirir ki, bunları İranın xarici işlər naziri Abbas Araqçi deyib. O bildirib ki, lakin ABŞ və İsrailin İran İslam Respublikasına qarşı son hərbi təcavüzü və davam edən hərbi təhdidlər Hörmüz boğazının bağlanmasına və qlobal miqyasda, xüsusən də Asiyada qaz təchizatının pozulmasına səbəb olub:

"Nəticədə Avropada qaz qiymətləri kəskin şəkildə artıb, qış ehtiyatları isə ötən ilə nisbətən xeyli aşağı olaraq qalır. Oxşar vəziyyət dünyanın digər yerlərində də müşahidə olunur. Xüsusən də Hörmüz boğazından keçən tranzit qazın 90%-i Asiya bazarlarında istehlak edildiyindən.

İran XİN rəhbəri qeyd edib ki, enerji təhlükəsizliyi bu gün dünyanın ən böyük problemidir:

"Ərzaq təhlükəsizliyi ilə yanaşı, enerji təhlükəsizliyi problemi də ABŞ-ın bölgəmizdəki məcburi və təkəbbürlü hərəkətlərinin birbaşa nəticəsidir".

Araqçı onu da qeyd edib ki, İran-Rusiya əməkdaşlığı enerji təchizatı marşrutlarının şaxələndirilməsinə və valyuta gəlirləri üçün yeni imkanların yaradılmasına gətirib çıxarır.

Anar
Xəbəri paylaş