
Polşada hərbi kadr çatışmazlığı var.
Newscenter.az xəbər verir ki, bu barədə “Rzeczpospolita” qəzeti yazıb. Nəşrin məlumatına görə, Polşa Hərbi Hava Qüvvələri F-16 qırıcı təyyarələri üçün ciddi pilot çatışmazlığı ilə üzləşir.
Qəzet yazır ki, Polşada olan bu tip 47 qırıcı təyyarəni düzgün idarə etmək üçün ən azı 70 təlim keçmiş pilot lazımdır. Halbuki əslində Polşa F-16-larını yalnız 40 pilot idarə edir.
Qəzet, Polşa Hərbi Hava Qüvvələrində F-16 pilotlarının çatışmazlığının səbəbləri kimi kadr hazırlığındakı çətinlikləri və əksər pilotların ABŞ-dan alınan daha müasir beşinci nəsil F-35 qırıcı təyyarələrini idarə etmək istəyini göstərir.
Xatırladaq ki, 2003-cü ildə Polşa ABŞ ilə 3,6 milyard dollara 48 ədəd F-16 qırıcı təyyarəsi almaq üçün müqavilə imzalayıb. Döyüş təyyarələrinin bütün partiyası 2006-2008-ci illərdə Polşaya çatdırılıb.
Anar












































