
Özbəkistanda İslam bankçılığı fəaliyyətini aparmaq üçün ilk lisenziya Açıq Bank Səhmdar Cəmiyyətinə verilib.
Newscenter.az bildirir ki, bu barədə Mərkəzi Bankın mətbuat xidməti məlumat verib. Mərkəzi Bank İdarə Heyətinin 23 oktyabr tarixli 28/1 saylı qərarına əsasən, bank 1-I saylı lisenziya alıb. Bu lisenziya “Banklar və bank fəaliyyəti haqqında” Qanunda nəzərdə tutulmuş İslam maliyyə əməliyyatlarını aparmaq hüququ verir.
Qanunvericiliyə uyğun olaraq, İslam bankçılığı çərçivəsində malların kreditlə satışı (murabaha) vasitəsilə maliyyələşdirilməsi, alış hüququ ilə əmlakın icarəyə verilməsi;
biznesin tərəfdaşlıq əsasında maliyyələşdirilməsi, mənfəətin bölüşdürülməsi şərti ilə investisiya depozitlərinin cəlb edilməsi, malların əvvəlcədən ödənişi yolu ilə maliyyələşdirilməsi kimi xidmətlər göstəriləcək.
Ənənəvi faiz əsaslı kreditləşmədən fərqli olaraq, İslam maliyyəsində maliyyələşdirmə ticarət, lizinq, tərəfdaşlıq və mənfəətin bölüşdürülməsi kimi müqavilələrə əsaslanır. Bu halda, bankın gəliri də müqavilənin növündən asılı olaraq formalaşır.
Süleyman












































