Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Putin Afrikanı gələcəyin qitəsi adlandırıb

Putin Afrikanı gələcəyin qitəsi adlandırıb


Rusiya Prezidenti Vladimir Putin Afrikanın gələcəyin qitəsi olduğunu deyib.

Newscenter.az TASS-a istinadən bildirir ki, Kreml rəhbəri qitənin gənc əhalisi0nin təhsil və daha yaxşı həyat səviyyəsinə can atdığını bildirib.

"Vurğulamaq istəyirəm ki, biz Afrikanı gələcəyin qitəsi hesab edirik. Təhsil və daha yaxşı həyat səviyyəsi üçün çalışan gənc bir əhali var. Bu, qaçılmaz olaraq Afrika qitəsində sistemli dəyişikliklərə səbəb olacaq", - deyə Putin qeyd edib.

Prezident həmçinin deyib ki, Rusiya BRİKS çərçivəsində yeni investisiya platforması yaratmaq ideyasını irəli sürür və bu platforma, digər məsələlərlə yanaşı, sürətlə böyüyən bazarlara da diqqət yetirəcək:

"Bu baxımdan Afrika əsas prioritet olmalıdır".

Anar
Xəbəri paylaş