
ABŞ və NATO Avropa "Patriot" Batareyalarının Təmiri Mərkəzi üçün ev sahibi ölkə olaraq Polşanı seçib.
Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Polşanın Baş naziri Donald Tusk deyib. O bildirib ki, "Patriot" batareyaları üçün servis mərkəzinin yaradılması ilə bağlı danışıqlar son mərhələsinə çatıb.
"Rəsmi açıqlama vermək səlahiyyətim olmasa da, Polşa bu təhlükəsizlik baxımından vacib layihə üçün tərəfdaş kimi seçiləcək",-deyə Baş nazir vurğulayıb.
Qeyd edək ki, iyulun 7-də Polşa, Almaniya, Niderland və İsveç Ankarada keçirilən NATO sammiti çərçivəsində Avropada Patriot sistemləri üçün PAC-3 raket xidmət mərkəzinin yaradılması barədə razılaşma imzaladılar. Varşavanın bu layihədəki əsas rəqibi Almaniya idi.
Anar












































