
Yerevanın Azərbaycanla sülh müqaviləsi imzalamazdan əvvəl Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu (TRIPP) sazişini təsdiqləməsi Ermənistan üçün ciddi təhlükə yaradır.
Newscenter.az TASS-a istinadən bildirir ki, bunu "Güclü Ermənistan" müxalifət blokunun lideri, iş adamı Samvel Karapetyan deyib. Onun fikrincə, bu istiqamətdə Ermənistana ox ciddi təhdidlər var:
"Məsələn, onlar TRIPP-i dəhliz kimi aça və bizimlə vidalaşa bilərlər. Amma bu gün üzləşdiyimiz təhdidlər mövcud olmağa davam edəcək”.
Qeyd edək ki, Ermənistan Parlamenti ABŞ ilə strateji tərəfdaşlıq haqqında çərçivə sazişinin "Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu" (TRIPP) layihəsi çərçivəsində təsdiqlənməsi məsələsini nəzərdən keçirəcək.
Anar












































