Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İtaliya Ukraynaya silah və pul göndərməyin tərəfdarı deyil

İtaliya Ukraynaya silah və pul göndərməyin tərəfdarı deyil


İtaliya Baş nazirinin müavini və infrastruktur naziri Matteo Salvini Ukraynaya pul və silah göndərməyin münaqişəni həll etməyəcəyini bildirib.

Newscenter.az TASS-a istinadən bildirir ki, baş nazir bunun danılmaz bir fakt olduğunu deyib.

O qeyd edib ki, dörd illik münaqişədən sonra görülən tədbirlərin effektiv olub-olmadığını müzakirə etmək tamamilə təbiidir:

"Bu qərar dörd il əvvəl verilib. Sədaqət və koalisiya birliyi naminə biz həmişə Ukraynaya humanitar və maliyyə dəstəyini dəstəkləmişik. Lakin on minlərlə insanın ölümündən və onlarla AB sanksiya paketindən, 90 milyard avrodan və Ukraynaya göndərilən silahlardan sonra belə qənaətə gəlmək olar ki, bu, sülhə gedən yol deyil".

O, həmçinin qeyd edib ki, Rusiyaya qarşı sanksiyalar italyanlar və İtaliya şirkətlərinə baha başa gəlir:

"Kiyevə kredit kimi verilən pulun əslində kredit olmadığı tamamilə aydındır. Bədbəxt bir ölkə onu necə geri qaytara bilər?".

Anar
Xəbəri paylaş