Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Özbəkistanda ÜDM 8,3% artıb

Özbəkistanda ÜDM 8,3% artıb



Özbəkistanın ÜDM-i 2026-cı ilin ilk doqquz ayında 8,3% artıb. İqtisadi artımın yarıdan çoxu xidmət sektorunun payına düşüb.

Newscenter.az xəbər verir ki, bu barədə Özbəkistanın Milli Statistika Komitəsi məlumat verib. Bildirilib ki, Özbəkistanın ümumi daxili məhsulu (ÜDM) 2026-cı ilin yanvar-sentyabr aylarında cari qiymətlərlə 1755,5 trilyon sum təşkil edib.

Artımın əsas hissəsi xidmət sektorunun payına düşüb. Bu sektor ÜDM artımına 4,2 faiz bəndi töhfə verib. Sənayenin töhfəsi 2 faiz bəndi, tikintinin isə 1 faiz bəndi olub.
Xidmət sektorunda ticarət, yaşayış və iaşə xidmətləri, nəqliyyat, saxlama, informasiya və rabitə sektorları iqtisadi artıma əhəmiyyətli töhfə verib.

Süleyman
Xəbəri paylaş