Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Həqiqi vətəndaş mövqeyi baş vermiş hadisədən özünə pay götürməkdə deyil

Həqiqi vətəndaş mövqeyi baş vermiş hadisədən özünə pay götürməkdə deyil


"Azərbaycanda elə şəxslər var ki, hər hansı hadisə baş verən kimi dərhal fürsət axtarışına çıxır, vəziyyətdən öz maraqları naminə istifadə etməyə çalışırlar. Belələri üçün cəmiyyətin narahatlığı, baş verən hadisənin mahiyyəti və doğura biləcəyi nəticələrdən daha çox, həmin vəziyyətdən nə əldə edə biləcəkləri önəmlidir. Hadisə baş verən kimi meydana atılır, özlərini bilici, təcrübəli və hər şeyi hamıdan yaxşı anlayan adamlar kimi göstərərək “ağıllı-ağıllı” məsləhətlər verməyə başlayırlar".

Bunları Newscenter.az-a politoloq Arzuman Muradlı səsləndirib. O qeyd edib ki, həmin şəxslərin əsl məqsədləri isə heç də problemin həllinə töhfə vermək deyil:

"Onların dərdi kiməsə xoş gəlmək, müəyyən dairələrin diqqətini cəlb etmək, özlərini gözə soxmaq və bütün bunların müqabilində hansısa mənfəət əldə etməkdir. Bu cür insanlar hadisələrin mahiyyətinə varmaq, məsuliyyətli mövqe nümayiş etdirmək əvəzinə, yaranmış vəziyyəti şəxsi maraqlarının təmin olunması üçün fürsətə çevirməyə çalışırlar.
Ən təəssüf doğuran məqam isə budur ki, belələri çox vaxt özlərini cəmiyyətin qayğısına qalan, ölkənin gələcəyini düşünən, hər kəsə yol göstərən şəxslər kimi təqdim edirlər. Halbuki, həqiqi vətəndaş mövqeyi hadisədən özünə pay götürməkdə deyil, məsələyə obyektiv yanaşmaqda, məsuliyyətli davranmaqda və ictimai maraqları şəxsi mənafedən üstün tutmaqdadır".

Süleyman
Xəbəri paylaş