Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Forumun miqyası və iştirakçı coğrafiyası onun beynəlxalq əhəmiyyətini aydın göstərir

Forumun miqyası və iştirakçı coğrafiyası onun beynəlxalq əhəmiyyətini aydın göstərir


"Bakıda “Ortaq gələcək naminə dialoq” mövzusunda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışı tədbirin ideya və məzmun çərçivəsini müəyyənləşdirməklə yanaşı, ölkəmizin müasir dünyada yeri və rolu, multikulturalizm siyasətinin mahiyyəti, milli həmrəyliyin əhəmiyyəti, beynəlxalq hüququn prinsipləri və sülhün təmin olunması ilə bağlı mühüm mesajlarla yadda qaldı".

Newscenter.az xəbər verir ki, bunları YAP üzvü Sara Hüseynova deyib. O bildirib ki, dövlət başçısının səsləndirdiyi fikirlər Azərbaycanın dialoqu yalnız nəzəri müzakirə vasitəsi deyil, xalqlar arasında etimadın möhkəmləndirilməsinə, qarşılıqlı hörmətin təşviqinə və qlobal problemlərin həllinə xidmət edən real əməkdaşlıq mexanizmi kimi qəbul etdiyini bir daha nümayiş etdirdi:

"Forumun miqyası və iştirakçı coğrafiyası onun beynəlxalq əhəmiyyətini aydın göstərir. Prezident İlham Əliyevin çıxışında qeyd etdiyi kimi, tədbirdə qeydiyyatdan keçmiş iştirakçıların sayı 2000-i ötüb, 100-dən artıq ölkədən 500-dən çox xarici qonaq Bakıya gəlib. Bu göstəricilər 2011-ci ildə Azərbaycanın təşəbbüsü ilə əsası qoyulan Forumun ötən 15 il ərzində səmərəli və əhatəli beynəlxalq platformalardan birinə çevrildiyini təsdiqləyir. Forumun BMT-nin Sivilizasiyalar Alyansı və digər tərəfdaş qurumlarla əməkdaşlıq çərçivəsində keçirilməsi də onun institusional əhəmiyyətini artırır".

Anar
Xəbəri paylaş