Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Sağlam ailə münasibətləri: qarşılıqlı anlayış və hörmət” mövzusunda tədbir keçirilib

“Sağlam ailə münasibətləri: qarşılıqlı anlayış və hörmət” mövzusunda tədbir keçirilib



Balakən Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şəki-Zaqatala regional bölməsi, Şəki - Zaqatala Regional Təhsil İdarəsi, Mediasiya Şurası və Balakən 1 saylı mediasiya təşkilatının birgə təşkilatçılığı ilə Nizami Gəncəvi adına şəhər 1 nömrəli tam orta ümumtəhsil məktəbində “Sağlam ailə münasibətləri: qarşılıqlı anlayış və hörmət” mövzusunda tədbir keçirilib.

Newscenter.az xəbər verir ki, əsas məqsədi ailə institutunun daha da möhkəmləndirilməsi, ailə dəyərləri və ənənələrinə, milli-mənəvi dəyərlərə sədaqət hissinin təbliğ edilməsi olan tədbirdə milli-mənəvi dəyərlərin və ailə dəyərlərinin gənc nəslə ötürülməsi, gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi, uşağın şəxsiyyət kimi inkişafında ailə tərbiyəsinin rolu haqqında müzakirələr aparılıb.

Tədbirdə, həmçinin Balakən 1 saylı mediasiya təşkilatının direktoru Nizamə İsmayılova mediasiyanın ailə münasibətlərinin qorunmasında və ailədaxili mübahisələrin dinc, qarşılıqlı anlaşma şəraitində həllində rolu barədə çıxış edib. Qeyd olunub ki, mediasiya tərəflər arasında dialoqun və qarşılıqlı anlaşmanın təmin edilməsinə, yaranmış mübahisələrin konstruktiv şəkildə tənzimlənməsinə, ailə münasibətlərində hörmət və etimad mühitinin qorunmasına xidmət edən effektiv alternativ mübahisə həlli üsuludur. Xüsusilə ailə mübahisələrində mediasiyanın tətbiqinin münaqişələrin dərinləşməsinin qarşısının alınmasına və tərəflərin ortaq razılığa gəlməsinə mühüm töhfə verdiyi vurğulanıb.

Yekunda iştirakçıların sualları cavablandırılıb, ailə dəyərlərinin qorunması və möhkəmləndirilməsi istiqamətində maarifləndirmə tədbirlərinin davamlı şəkildə aparılmasının vacibliyi vurğulanıb.

Süleyman
Xəbəri paylaş