Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Aynur Yusifova ATUİAB-ın təşkil etdiyi görüşdə Özbəkistan televiziya nümayəndələri ilə görüşüb

Aynur Yusifova ATUİAB-ın təşkil etdiyi görüşdə Özbəkistan televiziya nümayəndələri ilə görüşüb


Azərbaycanlı müğənni Aynur Yusifova, Azərbaycan Türkiyə Özbəkistan İş Adamları Birliyi (ATUİAB) rəhbəri Ruslan İmanzadə və Özbəkistanın televiziya nümayəndələri ilə bir araya gəlib.

Newscenter.az xəbər verir ki, görüşdə Özbəkistan Milli Teleradio Şirkətinin jurnalisti Dildora Abdullayeva və televiziya prodüseri Əziz Umurzakov da iştirak ediblər.

Görüş zamanı Azərbaycan və Özbəkistan arasında mədəni əlaqələrin inkişafı, musiqi və televiziya sahələrində əməkdaşlıq imkanları, eləcə də iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Aynur Yusifova son dövrlərdə Azərbaycan və Özbəkistan arasında dostluq və qardaşlıq münasibətlərinin təbliğinə yönəlmiş musiqi layihələri ilə diqqət çəkir. Sənətçinin ifa etdiyi “Sizinlədir Azərbaycan” adlı layihə Türkiyə və Özbəkistana dəstək məqsədilə hazırlanıb və hər iki ölkəyə ünvanlanan mənəvi dəstək mesajı ilə diqqət çəkib.

Süleyman
Xəbəri paylaş