Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"Qazaxıstan ərazisindən uçacağam": Ərdoğan Tokayevə teleqram göndərdi

"Qazaxıstan ərazisindən uçacağam": Ərdoğan Tokayevə teleqram göndərdi



Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandan teleqram gəlib.

Newscenter.az-ın xəbərinə görə, bu barədə Qazaxıstan Prezidentinin mətbuat katibi Aybek Smadiyarov bildirib. O deyib ki, teleqramda Türkiyə lideri qazaxıstanlı həmkarına bunlar çatdırıb:

"Koreya Respublikasına rəsmi səfərə gedərkən tarixi vətənimiz - dost və qardaş Qazaxıstan ərazisindən uçacağam. Bu ilin may ayında Qazaxıstana dövlət səfərimin uğurlu nəticələrini və xoş anlarını, eləcə də Türk Dövlətləri Təşkilatının 13-cü zirvə toplantısında iştirak etmək üçün Ankaraya etdiyiniz səfəri xoş xatirələrlə xatırlayıram. Bu münasibətlə sizə cansağlığı, qəlbinizdə sevinc və qardaş Qazaxıstan xalqına firavanlıq arzulayıram".

Tokayev isə öz növbəsində Türkiyə Prezidentinə TSO zirvə toplantısında iştirak etmək üçün rəsmi səfərə gələn Qazaxıstan nümayəndə heyətinin səmimi qarşılanmasına görə təşəkkür edib.

"Ankarada göstərilən nəzakət və qonaqpərvərliyə görə cənab Rəcəb Tayyib Ərdoğana səmimi təşəkkürümü bildirirəm. İnanıram ki, ölkələrimiz arasında dostluq və strateji tərəfdaşlıq daha da möhkəmlənəcək", - Kasım-Jomart Tokayev X sosial şəbəkəsindəki səhifəsində yazıb.

Süleyman
Xəbəri paylaş