Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İstanbuldan Moskvaya uçan üç təyyarə geri dönüb

İstanbuldan Moskvaya uçan üç təyyarə geri dönüb


İstanbuldan Moskvaya uçan üç sərnişin təyyarəsi Polşa və Litva üzərindən geri qayıdıb.

Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Hava nəqliyyatının idarə olunması üzrə İdarə məlumat verib.

Agentlik bildirib ki, İstanbuldan Vnukovoya uçan üç təyyarə Moskva hava limanındakı məhdudiyyətlərə görə Litva və Polşa üzərindən dönərək geri qayıdıb. Təyyarələrin İstanbulun yeni beynəlxalq hava limanına və Sabiha Gökçen hava limanına enməsi planlaşdırılır.

Qeyd edək ki, bundan əvvəl Vnukovo və Domodedovo aeroportlarında təyyarələrin gəlişi və uçuşuna müvəqqəti məhdudiyyətlər tətbiq edildiyi barədə məlumat yayılıb. Səbəb kimi isə uçuş təhlükəsizliyini təmin etmək göstərilib.

Anar
Xəbəri paylaş