
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milliyyətçi Hərəkat Partiyasının lideri Dövlət Bahçeliyə başsağlığı mesajı ünvanlayıb.
Newscenter.az xəbər verir ki, Türkiyə lideri bu barədə özünün sosial şəbəkə hesabında paylaşım edib. Cənubi Koreyada səfərdə olan Ərdoğan MHP liderinin bacısının vəfatı ilə bağlı yazdığı başsağlığı mesajında bunları qeyd edib:
"MHP sədri hörmətli Devlet Bahçelinin dəyərli bacısı Serpil xanımın vəfatını kədərlə eşitdim. Serpil Bahçeliyə Allahdan rəhmət diləyir, başda Devlet bəy olmaqla ailəsinin və yaxınlarının acısını səmimi qəlbdən bölüşürəm. Rəbbim məkanını cənnət, məqamını uca etsin".
Süleyman












































