Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyəyə evlənmək üçün gələn rus qadını İslamı qəbul etdi

Türkiyəyə evlənmək üçün gələn rus qadını İslamı qəbul etdi


Türkiyənin Aydın vilayətinə evlənmək üçün gələn rus vətəndaşı Elena Dyaçenko İslamı qəbul edib.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, o, Emine adını götürüb.

Məlumata görə, Koçarlıda qaynaqçı işləyən İbrahim Girgin ilə sosial media vasitəsilə tanış olan Elena Dyaçenko evlənmək üçün Türkiyəyə gəlib. O, İslam dinini araşdırdıqdan sonra bu dini qəbul etməyə qərar verib.

Həyat yoldaşı ilə birlikdə Rayon Müftiliyi İdarəsinə müraciət edən Dyaçenko üçün dinini dəyişmə mərasimi keçirilib.

Vilayət Müftisi Kazım Ünsalın da qatıldığı mərasimdə Quran tilavətindən sonra qadına İslam dini haqqında məlumat verilib. Dyaçenko Quran tilavəti zamanı göz yaşları töküb.

Daha sonra Dyaçenkoya "Dönüş Sertifikatı" verilib və ona Quranın bir nüsxəsi, müxtəlif dini nəşrlər təqdim edilib.

Süleyman
Xəbəri paylaş