Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Kahramanmaraşda Heydər Əliyev Mədəniyyət Mərkəzi inşa olunur

Kahramanmaraşda Heydər Əliyev Mədəniyyət Mərkəzi inşa olunur


Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Rəşad Aslanov TOKİ (Toplu Konut İdaresi Başkanlığı) prezidenti Mustafa Levent Sungur ilə görüşüb.

Newscenter.az xəbər verir ki, bu barədə Türkiyədəki Azərbaycan səfirliyinin sosial şəbəkə hesabında məlumat verilib. Bildirilib ki, görüş zamanı Azərbaycan Prezidenti İlham Əliyevin göstərişlərinə uyğun olaraq Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən Kahramanmaraşda inşa edilən Azərbaycan Məhəlləsi və həmin ərazidə davam edən Heydər Əliyev Mədəniyyət Mərkəzinin tikintisi ilə bağlı fikir mübadiləsi aparılıb.

Qeyd edilib ki, bu kimi layihələr Azərbaycan və Türkiyə arasında dostluq-qardaşlığı daha da möhkəmləndirir.

Süleyman
Xəbəri paylaş