Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Prezidentdən yeni kadr təyinatı

Prezidentdən yeni kadr təyinatı


Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin sədri təyin edilib.

Newscenter.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

S. Sadıqov 1984-cü ildə anadan olub. 2005-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və Kredit ixtisası üzrə bakalavr, 2007-ci ildə isə magistr dərəcəsini alaraq universiteti fərqlənmə ilə bitirib. 2014-cü ildə ABŞ-ın Nyu-Hempşir ştatının İctimai Mühasiblər Heyəti tərəfindən Sertifikatlaşmış İctimai Mühasib (CPA) dərəcəsi ilə təltif edilib.

Azərbaycan Prezidentinin 2021-ci il 27 dekabr tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib.

Anar
Xəbəri paylaş