Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qazaxıstanın buğda ixracı artıb

Qazaxıstanın buğda ixracı artıb


Qazaxıstanın buğda ixracı da artıb.

Newscenter.az ölkənin Milli Statistika Bürosuna istinadən bildirir ki, 2026-cı ilin yanvar-sentyabr ayları arasında bu göstərici 6,1 milyon tona çatıb. Bu da ötən ilin eyni dövrü ilə (5,3 milyon ton) müqayisədə 15% çoxdur.

Özbəkistan, Tacikistan və Əfqanıstan Qazaxıstan buğdasının əsas alıcıları olaraq qalır. Özbəkistana göndərilən buğda 49% artaraq 3,8 milyon tona, Tacikistana göndərilən buğda isə 13,6% artaraq 1 milyon tona çatıb. Eyni zamanda Əfqanıstana ixrac 3,4 dəfə artaraq 663 min ton təşkil edib.

Bildirilir ki, buğda ixracının coğrafiyası da genişlənir. Göstərilən müddət ərzində Tunis 23.300 ton, Fransa isə 6.000 ton Qazaxıstan buğdası alıb. İrana göndərilən məhsullarda da əhəmiyyətli artım müşahidə olunub və 67.000 tona çatıb.

Süleyman
Xəbəri paylaş