Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ABŞ və Venesuela hərbi razılaşma üzrə danışıqlar aparır

ABŞ və Venesuela hərbi razılaşma üzrə danışıqlar aparır


ABŞ Prezidenti Donald Trampın administrasiyası Venesuela ilə ölkədə uzunmüddətli Amerika hərbi mövcudluğuna imkan verən razılaşma üzrə danışıqlar aparır.

Newscenter.az xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb.

Nəşrin məlumatına görə, dövlət katibi Marko Rubio qüvvələrin statusu haqqında saziş kimi tanınan hərbi paktın bağlanması səylərinə rəhbərlik edir. Qeyd olunur ki, uzunmüddətli hərbi mövcudluq və onların yerləşdirilməsi yerlərinin bütün təfərrüatları sonrakı sazişlərdə işlənib hazırlanacaq.

Bildirilir ki, ABŞ-ın ölkədə Amerika hərbi bazalarını tikmək və saxlamaq, yoxsa mövcud Venesuela bazalarında qoşun yerləşdirmək niyyətində olub-olmadığı məlum deyil.

Dövlət Departamentinin adı açıqlanmayan bir rəsmisi Vaşinqtonun Venesuela ilə təhlükəsizlik əməkdaşlığını genişləndirməyə ümid etdiyini, lakin baza danışıqlarının hazırda aparılmadığını vurğulayıb.

Anar
Xəbəri paylaş