Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Energetika naziri Oğuz şəhərində vətəndaşları qəbul edəcək

Energetika naziri Oğuz şəhərində vətəndaşları qəbul edəcək


Energetika naziri Pərviz Şahbazov noyabrın 20-də Oğuz, Qax, Zaqatala, Balakən, Qəbələ, İsmayıllı rayonlarından və Şəki şəhərindən olan vətəndaşları qəbul edəcək.

Newscenter.az nazirliyə istinadən bildirir ki, qəbul saat 11:00-dan başlayaraq Oğuz Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında (ünvan: AZ4800, Oğuz şəhəri, S.Seyidbəyov küçəsi, 20) keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün Energetika Nazirliyinin “974” Çağrı Mərkəzi, 598-16-55 “Qaynar Xətt”i, 598-16-53/54 (daxili 1146, 1145, 1245) telefon nömrələri (əlaqələndirici şəxs: İlknur Əhmədov), minenergy@minenergy.gov.az elektron poçt ünvanı, eləcə də Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Şəki filialı (əlaqələndirici şəxs: Asim Məmmədov: əlaqə telefonu: (050) 378-28-46, elektron poçt ünvanı: office.shaki@regulator.gov.az) vasitəsilə müraciət edə bilərlər. Həmçinin Energetika Nazirliyinin www.minenergy.gov.az internet səhifəsində yaradılmış “Qəbula yazılmaq“ bölməsi vasitəsilə də qəbul üçün müraciət etmək mümkündür.

Süleyman
Xəbəri paylaş