Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qazaxıstan kibercinayətkarlıqla mübarizə aparmaq üçün Astanada BMT mərkəzinin yaradılmasını təklif edib

Qazaxıstan kibercinayətkarlıqla mübarizə aparmaq üçün Astanada BMT mərkəzinin yaradılmasını təklif edib



Qazaxıstan Daxili İşlər Nazirliyi BMT-nin Kibercinayətkarlıqla Mübarizə üzrə Regional Mərkəzinin yaradılmasını təklif edib.

Newscenter.az 24KZ-yə istinadən xəbər verir ki, bu mövzuda keçirilən konfransda çıxış edən daxili işlər naziri Yerjan Sadenov bütün Avrasiya regionunu əhatə edəcək UNODC Regional Mərkəzinin yaradılması təşəbbüsünü irəli sürüb.

"Bizə ortaq analitik səy lazımdır. Biz ayrı-ayrı cinayətlərə deyil, bütün transmilli sxemə baxmalıyıq. Cinayətkar qrupların necə əlaqəli olduğunu, oğurlanmış vəsaitlərin necə daşındığını, hansı yeni təhdidlərin ortaya çıxdığını anlamalı və bu məlumatlara əsasən birgə qərarlar qəbul etməliyik", - deyə nazir qeyd edib.

Qeyd edək ki, bu təşəbbüs, BMT rəhbərliyi tərəfindən dəstəklənir. Mərkəzin əsas fəaliyyət sahələrinə kibertəhdidlərin dərin təhlili, təcrübə mübadiləsi, araşdırmaların təkmilləşdirilməsi və mütəxəssislərin hazırlanması daxildir.

Süleyman
Xəbəri paylaş