
Noyabrın 6-da Mərkəzi Asiya Mediatorlar Konsorsiumu, Qırğızıstan Respublikası Mediatorlar Palatası və Azərbaycan Respublikası Mediasiya Şurasının əməkdaşlığı çərçivəsində “Qırğız Respublikasında mediasiya: qanunvericilik və praktika” mövzusunda onlayn seminar keçiriləcək.
Newscenter.az xəbər verir ki, seminarın eksperti Qırğız Respublikası Mediatorlar Palatasının sədri, Mərkəzi Asiya Mediatorlar Konsorsiumunun həmsədri, Türk Dövlətləri Mediatorlar Assosiasiyasının Qırğızıstan üzrə həmsədri, mediasiya və mübahisələrin alternativ həlli sahəsində tanınmış ekspert Gulsina Kozhoiarova Joldoşbekovna olacaq.
Tədbir çərçivəsində Qırğız Respublikasında mediasiyanın hüquqi tənzimlənməsi, qanunvericilik bazası və tətbiqi təcrübəsi barədə məlumat veriləcək, həmçinin mövzu ətrafında fikir mübadiləsi aparılacaq.
Süleyman











































