Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Oktyabr ayında 15 533 müraciət daxil olub

Oktyabr ayında 15 533 müraciət daxil olub



Oktyabr ayı ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) 15 533 müraciət daxil olub. Daxil olan müraciətlərin əksəriyyəti cavablandırılıb və operativ şəkildə həll olunub.
Statistikaya əsasən, Çağrı Mərkəzinə (146-1 nömrəli) 7 905 zəng daxil olub. Vətəndaşların Qəbulu Mərkəzinə 2 821 müraciət daxil olub.

Newscenter.az xəbər verir ki, BŞTİ-yə 4 229 sənəd (vətəndaşlar tərəfindən 1 720 ərizə, Elm və Təhsil Nazirliyindən 1 147, digər qurumlardan 415, tabelikdə olan təhsil müəssisələrindən 625 məktub və 322 kadr ərizəsi) daxil olub və qeydiyyata alınıb. Həmçinin 578 elektron müraciətə baxılıb.

Daxil olan müraciətlər müxtəlif məsələlərin tənzimlənmə qaydalarının öyrənilməsi, şagird yerdəyişməsi, məktəbəqədər təhsil müəssisələrinə qəbul, müəllimlərin əmək müqaviləsinin müddətinin uzadılması, işə qəbul və digər məsələləri əhatə edir.

Ruhiyyə Mehdiyeva
Xəbəri paylaş